...

Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə yeni rəis təyin olunub

Cəmiyyət Materials 28 Oktyabr 2011 11:47 (UTC +04:00)
Təhsil Nazirliyinin əsaslı tikinti idarəsinə yeni rəis təyin olunub.
Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə yeni rəis təyin olunub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir İ. İsabalayeva/

Təhsil Nazirliyinin əsaslı tikinti idarəsinə yeni rəis təyin olunub.

Təhsil naziri Misir Mərdanov cümə günü Trend-in sualına cavab olaraq bildirib ki, həmin vəzifəyə bu idarədə işləmiş İsaxan Babayev təyin olunub.

Nazir deyib ki, dekabrın sonunda idarənin illik hesabatı veriləcək və monitorinq keçiriləcək.
Əgər, gələn il dövlət budcəsindən İdarə üçün vəsait ayrılarsa, qurum işini davam etdirəcək.

"Dövlət büdcəsindən vəsait ayrılmazsa, İdarə işini davam etdirməyəcək. İdarənin ləğv olunması investisiyaların ayrılıb-ayrılmamasından asılıdır", nazir deyib.

Azərbaycan Baş Prokurorluğunun təqdimatına əsasən, məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib.

İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunublar.

Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti