...

Azərbaycanda qanunsuz dini təyinatlı ədəbiyyatları satan və yayanlar cinayət məsuliyyətinə cəlb olunacaq

Cəmiyyət Materials 28 Oktyabr 2011 15:53 (UTC +04:00)
Azərbaycanda müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatları və digər materialları istehsal, idxal edən, satan və yayanların cinayət məsuliyyətinə cəlb olunması təklif edilib.
Azərbaycanda qanunsuz dini təyinatlı ədəbiyyatları satan və yayanlar cinayət məsuliyyətinə cəlb olunacaq

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatları və digər materialları istehsal, idxal edən, satan və yayanların cinayət məsuliyyətinə cəlb olunması təklif edilib.

Trend-in məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cümə günü keçirilən iclasında Cinayət Məcəlləsinə bununla bağlı əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişikliyə görə, müvafiq razılıq olmadan dini dəyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu materiallar istehsal, idxal etmə, satma və yaymaya görə 167-2 maddəsi əlavə olunub. Həmin maddəyə görə, 5000 manatdan 7000 manatadək cərimə və ya iki il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllərin təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya vəzifəli şəxs tərəfindən törədilməsinə görə 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Təklif olunan digər dəyişikliyə görə, Cinayət Məcəlləsinin 167-ci (dini ayinləri icra etməyə mane olma) maddəsinin sanksiyası ağırlaşdırılaraq nəzərdə tutulan cərimənin məbləği 100-500 manatdan 1000-2000 manatadək artırılıb.

Cinayət Məcəlləsinin 167-1.1, 167-1.2 (dini etiqad etməyə məcbur etmə) maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin məbləği 500-1000 manatdan 3000-5000 manatadək artırılacaq.

167-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulan 1000-2000 manatadək cərimənin məbləği 7000-9000 manatadək artırılması təklif olunub.

Xəbər lenti

Xəbər lenti