...

Qadın məhkumlar üçün bayram konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2011 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində Qurban bayramı və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmətin və Tərbiyə müəssisəsinin Himayəçilik Şurası tərəfindən incəsənət ustalarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən PX-nin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov əlamətdar günlər münasibətilə iştirakçıları təbrik edib.

O bildirib ki, cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə Penitensiar Xidmətin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə mütəmadi həyata keçirdiyi tədbirlər artıq ənənə halını alıb.

Məhkumlar üçün təşkil olunan geniş konsert proqramında tanınmış incəsənət ustaları - Röya Ayxan, Lalə Məmmədova, Rəhim Rəhimli, Sevda Yəhyayeva, Niyaməddin Selami, Coşqun Rəhimov və digərləri iştirak ediblər. Çıxışlar məhkum qadınlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri Xalidə Bayramovanın təşəbbüsü və iştirakı ilə Penitensiar Xidmətin Tərbiyə müəssisəsində saxlanılan yeniyetmələrə də baş çəkilib, uşaqlara hədiyyələr və isti qış geyimləri verilib.

Xəbər lenti

Xəbər lenti