...

Tullantılar və təmizlik mövzusunda nağıl və hekayə müsabiqəsi başa çatıb

Cəmiyyət Materials 31 Oktyabr 2011 16:21 (UTC +04:00)
"Təmiz Şəhər" ASC tərəfindən bu ilin aprel ayında elan edilən tullantılarla düzgün rəftar və təmizlik mövzusunda nağıl və hekayə müsabiqəsi başa çatıb.
Tullantılar və təmizlik mövzusunda nağıl və hekayə müsabiqəsi başa çatıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

"Təmiz Şəhər" ASC tərəfindən bu ilin aprel ayında elan edilən tullantılarla düzgün rəftar və təmizlik mövzusunda nağıl və hekayə müsabiqəsi başa çatıb.

ASC-nin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, müsabiqəyə ümumilikdə 24 nağıl təqdim edilib. Bu nağıllardan dördü qalib seçilib və "Təmiz şəhər nağılları" adı altında kitab və rəngləmələr hazırlanıb. Qaliblər ASC tərəfindən pul mükafatları və diplomlarla təltif edilib.

Çoxsaylı tirajla çap edilən nağıl kitabları və rəngləmələr Bakı şəhərinin orta məktəblərində ibtidai sinif şagirdləri arasında pulsuz paylanacaq. Bu işdə "Təmiz Şəhər" ASC-yə Bakı şəhəri üzrə Təhsil İdarəsi dəstək verir. Oktyabrın 31-də "XXI əsr" Təhsil Kompleksində və Balaxanı qəsəbəsi ərazisində yerləşən 69 nömrəli orta məktəbdə "Təmiz Şəhər" ASC-nin nümayəndələrinin iştirakı ilə nağıl müəllifləri öz azyaşlı oxucuları ilə görüşüblər.

Xəbər lenti

Xəbər lenti