...

Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu verib

Cəmiyyət Materials 1 Noyabr 2011 16:54 (UTC +04:00)
Baş Prokurorluq Konstitusiya Məhkəməsinə Cinayət və Cəzaların İcra məcəllələrinin iki maddəsinin şərhi ilə bağlı sorğu verib.
Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu verib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Konstitusiya Məhkəməsinə Cinayət və Cəzaların İcra məcəllələrinin iki maddəsinin şərhi ilə bağlı sorğu verib.

KM-dən Trend-ə verilən məlumata görə, Baş Prokurorluq Cinayət Məcəlləsinin 56.1.3-cü və Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinin şərh edilməsini xahiş edib.

Baş Prokurorluq sorğusunda qeyd edib ki, hər iki maddədə cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi nəzərdə tutulub.

Məhkəmələr isə bir qayda olaraq bu cinayəti törədən qadınların ümumi rejimli müəssisələrə göndərilməsi barədə hökm çıxarır. Bunu nəzərə alaraq qeyd olunan maddələrin şərhi KM-dən xahiş olunub.

Qeyd edək ki, Azərbaycanda qadınlar üçün bir cəzaçəkmə müəssisəsi var. Həmin müəssisə isə qarışıq rejimli müəssisədir.

Penitensiar Xidmətdən Trend-ə bildirilib ki, həmin müəssisədə rejimdən asılı olaraq məhkumların telefon danışıqları, görüşləri, sovqatları və digər hüquqlarının təminatında fərqlər var.

Rejimi ciddi olan məhkumlarla rejimi ümumi olan məhkumların saxlanma şəraitində fərq qoyulmur, bu məhkumlar bir-birindən təcrid olunmuş şəkildə yerləşdirilmirlər.

Xidmətdən bildirilib ki, qadınlar üçün inşa olunan yeni cəzaçəkmə müəssisələrində bu fərq nəzərə alınacaq.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 23-nə təyin edilmiş iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti