Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Noyabrın 23-dən 25-dək Bakıda nüvə enerjisinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
Onun sözlərinə görə, konfransda nüvə enerjisinin tətbiqi ilə bağlı hazırkı vəziyyət və gələcək perspektivlər müzakirə ediləcək.
Noyabrın 15-dən 19-dək isə Polşada "Nanotexnologiyalar və radiasiyalı texnologiyaların tətbiqi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycanı Adil Qəribov təmsil edəcək.