...

Ombudsman Aparatının əməkdaşları 10 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər

Cəmiyyət Materials 4 Noyabr 2011 19:15 (UTC +04:00)
Azərbaycan ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən uzunmüddətli baxış keçiriblər.
Ombudsman Aparatının əməkdaşları 10 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycan ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən uzunmüddətli baxış keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, baxış zamanı bu müəssisədə xeyli işlərin görüldüyü müşahidə olunub. Belə ki, MPM qrupunun əvvəlki tövsiyələri də nəzərə alınmaqla, məhkumların asudə vaxtlarının səmərəli keçirməsi üçün müəssisədəki klub, kitabxana, habelə tibb hissəsi, məscid əsaslı təmir edilib, kilsə, yeni idman və trenajor zalı tikilib, məhkumların ailələri ilə telefon danışıqları aparması üçün telefonların sayı artırılıb və telefon olan yerlər təmir edilib, yeni kanalizasiya xətləri çəkilib və məhkumların qaldığı bütün korpuslarda ayaqyolu tikilib.

50-dək məhkumla, o cümlədən Cərimə Təcridxanasındakı məhkumlarla təkbətək söhbət aparılıb, onların saxlanma şəraitləri araşdırılıb. Məhkumlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər.

Saxlanma şəraitinin daha təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti