...

Azərbaycan gimnastı Bolqarıstanda beynəlxalq turnirdə mütləq çempion olub

Cəmiyyət Materials 7 Noyabr 2011 13:36 (UTC +04:00)
Azərbaycan gimnastı Ləman Hacızadə bu həftə sonu Bolqarıstanda keçirilən beynəlxalq turnirin mütləq çempionu olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan gimnastı Bolqarıstanda beynəlxalq turnirdə mütləq çempion olub

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan gimnastı Ləman Hacızadə bu həftə sonu Bolqarıstanda keçirilən beynəlxalq turnirin mütləq çempionu olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Digər təmsilçimiz Mənsurə Bağıyeva 1997-ci il təvəllüdlü gimnastların mübarizəsində 5 gümüş medal qazanıb.

Belçika və Latviyada keçirilən turnirlərdə isə digər gimnastlarımız fərqləniblər - 13 yaşlı Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva. Belə ki, Gülsüm Belçikada lentlə hərəkətlərin finalında qızıl medal qazanıb. Halqa və topla hərəkətlərdə gümüş mükafatçı olub, çoxnövçülükdə isə üçüncü yeri tutub.

Nilufər Latviyada təşkil olunan yarışda gürzlə hərəkətlərdə birinci olub. Topla hərəkətlərdə ikinci, halqa ilə hərəkətlərdə isə üçüncü pilləyə qalxıb. Yarışda 1996-cı il təvəllüdlülərin mübarizəsində Lalə Yusifova topla hərəkətlərin yekununa görə ikinci olub, Yekaterina Prokopenko isə (1997) top və halqa ilə hərəkətlərin finalında üçüncü yerə çıxıb.

Azərbaycan milli komandasının lideri Aliyə Qarayeva İtaliya klub çempionatının ikinci turunda iştirak edib. Onun komandası "Ritmika Pyemont" 6-cı yeri tutub.

Bu həftənin sonunda gimnastlarımızı İsraildə və İspaniyada turnirlər gözləyir.

Xəbər lenti

Xəbər lenti