...

Fuad Muradov: Azərbaycanda Konstitusiya imtahanlarının keçirilməsi planlaşdırılır

Cəmiyyət Materials 10 Noyabr 2011 13:33 (UTC +04:00)
Azərbaycanda Konstitusiya Gününə həsr olunmuş Konstitusiya imtahanının keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib.
Fuad Muradov: Azərbaycanda Konstitusiya imtahanlarının keçirilməsi planlaşdırılır

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Konstitusiya Gününə həsr olunmuş Konstitusiya imtahanının keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib.

"Bir çox Avropa ölkələrində belə imtahanlar təşkil edilir. İstəyirik ki, Azərbaycanda da şagirdlər, tələbələr, hətta siyasətçilər və dövlət məmurları arasında belə imtahanlar keçirilsin", - Muradov deyib.

Onun sözlərinə görə, imtahanın keçirilməsində məqsəd Konstitusiyanın maddələrinin təbliğ olunmasıdır.

Muradov qeyd edib ki, layihənin həyata keçirilməsi üçün Azərbaycana Avropadan mütəxəssislər dəvət olunub və imtahanın keçirilməsi ilə bağlı onların təqdimatı olub.

"Gənclər və İdman Nazirliyi ilə birlikdə həyata keçirilən lahiyənin "Azərbaycan Gənclyi 2011-2015-ci illərdə" Dövlət Proqramına salınması istiqamətində işlər aparılır. Artıq layihənin hazırlıq mərhələsi başlayıb", - Şura sədri deyib.

Noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti