...

Azərbaycan millisinin qapıçısı barəsində yayılan məlumatlara aydınlıq gətirəcək

Cəmiyyət Materials 11 Noyabr 2011 17:09 (UTC +04:00)
Azərbaycan millisinin qapıçısı Kamran Ağayev onun barəsində yayılan məlumatları cavablandıracaq.
Azərbaycan millisinin qapıçısı barəsində yayılan məlumatlara aydınlıq gətirəcək

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev onun barəsində yayılan məlumatları cavablandıracaq. Trend-in məlumatına görə, noyabrın 12-də saat 12:00-da Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində futbol üzrə Azərbaycan milli yığmasının və "Xəzər Lənkəran" futbol klubunun qapıçısı Kamran Ağayev KİV nümayəndələri ilə görüş keçirəcək.

Görüşdə son günlər onun idman karyerası ilə bağlı gəzən söz-sohbətlərə aydınlıq gətiriləcək.

25 yaşlı qapıçı zədə səbəbindən son günlər həm "Xəzər Lənkəran", həm də Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti