Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/
Azərbaycan savadsızlığın tamamilə ləğv olunduğu ölkələr sırasına daxil olub. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Baş nazirin müavini Elçin Əfəndiyev bildirib.
Onun sözlərinə görə, bu tendensiya davam etdirilir.
"Sovet imperiyası çökdükdən sonra təhsildə bir çox problemlər yarandı. Ancaq bu problemlər get-gedə həll olunur", - Əfəndiyev bildirib.
Baş nazirin müavini deyib ki, Azərbaycan yaxın gələcəkdə ən savadlı ölkələrin sırasında olacaq.
"Bunu deyəndə Azərbaycanda təhsil sisteminin inkişafı, dərsliklərlə və müasir avadanlıqlarla təchizat nəzərdə tutulur", - o qeyd edib.