...

Azərbaycanın kabel televiziyası operatoru İçərişəhər sakinləri üçün yeni aksiyaya başlayır

Cəmiyyət Materials 17 Noyabr 2011 15:22 (UTC +04:00)
"İntellektual şəhər" şirkəti KATV1 kabel televiziya operatoru ilə İçərişəhər sakinlərinin rəqəmsal televiziya yayımına qoşulmasını daha da asanlaşdırmaq üçün "Yeni il" aksiyasına start verib.
Azərbaycanın kabel televiziyası operatoru İçərişəhər sakinləri üçün yeni aksiyaya başlayır

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

"İntellektual şəhər" şirkəti KATV1 kabel televiziya operatoru ilə İçərişəhər sakinlərinin rəqəmsal televiziya yayımına qoşulmasını daha da asanlaşdırmaq üçün "Yeni il" aksiyasına start verib. Trend-in məlumatına görə, bu barədə KATV1-in məlumatında deyilir.

Aksiya çərçivəsində İçərişəhər və bu əraziyə bitişik küçələrin sakinləri "İntelektual şəhər" şirkəti vasitəsi ilə KATV1 kabel televiziya opretorunun rəqəmsal yaımına qoşularaq, pulsuz resiver əldə edib, 82 kanaldan ibarət baza paketini 1 ay abunə haqqı ödəmədən izləyə bilərlər.

Qoşulma zamanı istifadə olunan kabelin 20 metri şirkət tərəfindən pulsuz verilir, bundan artıq istifadə olunan kabelin hər bir metri üçün abunəçi 0,3 manat ödəməlidir. Yeni il aksiyası 2012-ci il 1 yanvar tarixinə qədər davam edəcək.

Qeyd edək ki, "İntellektual şəhər" şirkəti KATV1 kabel televiziya operatoru ilə birgə 2011-ci ilin martından İçərişəhər və ona bitişik küçələrdə əhaliyə kabel televiziya xidməti göstərir. Şirkət AG TELEKOM (KATV1 brendinin sahibi) və Smart Systems Technology MMM-lə sıx əməkdaşlıq edir.

Əlavə məlumatı İçəri şəhər, Asəf Zeynallı küç. Bina 31/33 ünvanından və 510 95 55 saylı telefonlardan əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti