...

"Eurovision-2012" nin hazırlıqları Cenevrədə müzakirə olunub

Cəmiyyət Materials 19 Noyabr 2011 11:48 (UTC +04:00)
Cenevrədə Eurovision Mahnı Müsabiqəsi Məşvərət Qrupunun növbəti iclasının keçirilib.
"Eurovision-2012" nin hazırlıqları Cenevrədə müzakirə olunub

Azərbaycan, Bakı, 19 noyabr / Trend müxbir İ.İsabalayeva/

Cenevrədə Eurovision Mahnı Müsabiqəsi Məşvərət Qrupunun növbəti iclası keçirilib. Bu barədə şənbə günü Trend-ə İctimai Televiziyadan məlumat verilib.

İclasda "Eurovision-2012" yə hazırlıq işləri geniş müzakirə olunub. Bakıda mahnı müsabiqəsi ilə bağlı aparılan təşkilati işlərin hazırkı vəziyyəti nəzərdən keçirilib. O cümlədən "Eurovision-2012" nin konsepsiyası ilə bağlı fikir mübadiləsi olub.

İclasda bu günədək görülmüş işlər təhlil edilib və qarşıdakı prioritet məsələlər müəyyənləşib.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti