...

"Eurovision"la əlaqədar Azərbaycanın mehmanxana və turizm sektorunda çalışan işçilər üçün kurslar başlayıb

Cəmiyyət Materials 21 Noyabr 2011 17:19 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana işçiləri üçün təlim-tədris kursları keçirilir.
"Eurovision"la əlaqədar Azərbaycanın mehmanxana və turizm sektorunda çalışan işçilər üçün kurslar başlayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana işçiləri üçün təlim-tədris kursları keçirilir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi TİKA və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikamızın turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidməti üzrə təlim-tədris kursları təşkil edir.

Mədəniyyət və Turizm Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, kursların uğurlu nəticələr verdiyini və növbəti ilin may ayında "Eurovision 2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsini nəzərə alaraq, noyabrın 21-25-də növbəti 5 günlük təlim-tədris kursları təşkil ediləcək.

Təlim-tədris kurslarında əsasən mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.

Kurslar Azərbaycan Turizm İnstitutunda təşkil olunacaq və noyabrın 25-də kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.

Nazirlik hesab edir ki, bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək.

Nazirlikdən o da qeyd edilib ki, son illər daxili turizm bazarının daha da genişlənməsi və tələbatın artması respublika ərazisində turizm infrastrukturunun güclənməsinə gətirib çıxarıb. Buna baxmayaraq, bu müəssisələrdə çalışanların, əsasən də masa xidmətçiləri, qeyd-qəbul, idarəçilik və xadiməçilik sahələrində xidmət səviyyəsinin artırılmasına ehtiyac var.

Xəbər lenti

Xəbər lenti