Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda qanunsuz miqrantların saxlanılması üçün mərkəzlər açılacaq.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda miqrasiya məsələlərinə dair keçirilən tədbirdə çıxışı zamanı Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirib.
Musayev bildirib ki, mərkəzlər Bakı və Yevlax şəhərlərində tikilib.
Onun sözlərinə görə, qanunsuz miqrantların saxlanması üçün tikilən mərkəzlər yaxın günlərdə istifadəyə veriləcək.
Azərbaycanda aşkarlanan qanunsuz miqrantlar həmin saxlama mərkəzlərində yerləşdiriləcək və qanunvericiliyə uyğun olaraq ölkə ərazisindən çıxarılmaları təmin ediləcək.