...

Gələn il Azərbaycan əhalisinin 140 min nəfər artacağı proqnozlaşdırılır

Cəmiyyət Materials 23 Noyabr 2011 12:23 (UTC +04:00)
Gələn il Azərbaycanda əhalinin sayında 140 min nəfər artım olacağı proqnozlaşdırılır.
Gələn il Azərbaycan əhalisinin 140 min nəfər artacağı proqnozlaşdırılır

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir A.Axundov/

Gələn il Azərbaycanda əhalinin sayında 140 min nəfər artım olacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə çərşənbə günü keçirilən dinləmələrdə bildirib ki, gələn il ölkədə 196 min köprənin doğulacağı, təxminən 54 min nəfərin dünyasını dəyişəcəyi gözlənilir.

Millət vəkili bildirib ki, 1992-ci ildən indiyə qədər Azərbaycanda əhali iki dəfə artıb.

"Biz istəyirik ki, həyata keçirdiyimiz sosial layihələrlə bu tendensiyaya təkan verək. Amma təəssüflə qeyd etməliyəm ki, bu gün nikaha girənlərin 13 faizinin övladı olmur", - o əlavə edib.

Milli Məclisdə müzakirə olunan "Sosial xidmətlər haqqında" qanunda çox vacib məsələlərin əks olunduğunu nəzərə çatdıran Rəcəbli deyib ki, sosial xidmətlərə özəl qurumların cəlb edilməsi yaxşı hal olardı.

O qeyd edib ki, "Sosial xidmətlər haqqında" qanunda ilk dəfə olaraq özəl qurum və QHT-lərin də sosial xidmətlə məşğul ola biləcəyi göstərilir.

Komitə sədri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin də bu təkliflə razılaşdığını bildirib.

Xəbər lenti

Xəbər lenti