...

Hidrometeoroloqlar: Bakıda gecə yollar buz bağlayacaq

Cəmiyyət Materials 24 Noyabr 2011 13:07 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında şaxtalı və qarlı hava şəraitinin davam etməsi ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.
Hidrometeoroloqlar: Bakıda gecə yollar buz bağlayacaq

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda və Abşeron yarımadasında şaxtalı və qarlı hava şəraitinin davam etməsi ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

Departamentdən cümə axşamı Trend-ə bildirilib ki, noyabrın 24-dən 25-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında şaxtalı və qarlı hava şəraitinin davam etməsi ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.

Havanın minimal temperaturu 0-4 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 25 və 26-da Abşeron yarımadasında soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Noyabrın 23-ü günortadan sonra soyuq hava kütləsinin Azərbaycan ərazisinə daxil olması nəticəsində temperatur 5-8 dərəcə enib. Bakıda sulu qar və qar yağır.

Xəbər lenti

Xəbər lenti