...

Azərbaycanın 4 boksçusu London Olimpiya Oyunlarına test turnirlərdə iştirak edəcək

Cəmiyyət Materials 24 Noyabr 2011 20:26 (UTC +04:00)
Bu gündən etibarən Londonda Olimpiya Oyunlarına test turnirlər start götürür. Yarışlar idmanın 18 növü üzrə keçiriləcək.
Azərbaycanın 4 boksçusu London Olimpiya Oyunlarına test turnirlərdə iştirak edəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 noyabr /Trend

Bu gündən etibarən Londonda Olimpiya Oyunlarına test turnirlər start götürür. Yarışlar idmanın 18 növü üzrə keçiriləcək.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, noyabrın 24-dən 27-dək dəri əlcək ustaları arasında London Boxing International Invitational turniri təşkil olunacaq. Kişilər 10, qadınlar isə 3 çəki dərəcəsində güclərini sınayacaqlar.

Qeyd edək ki, təşkilatçıların tələblərinə əsasən, hər bir ölkə yarışa məhdud sayda boksçu ilə qatıla bilər. Bu səbəbdən Azərbaycanı Londonda 4 boksçu - Tural Əhmədov (52 kq), İsmət Eynullayev (64 kq), Vətən Hüseynli (81 kq) və Kamran Mehdiyev (91 kq) təmsil edəcək.

Tural Əhmədov bu il Bakıda keçirilmiş "Böyük İpək Yolu" turnirinin qalibidir. Əhmədov 2011-ci ildə gənclər arasında qitə birinciliyində də iştirak edib. Vətən Hüseynli isə bu il həm "Böyük İpək Yolu" turnirində, həm də Azərbaycan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boks üzrə digər komandamız isə noyabrın 24-dən 28-dək həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft ölkələrinin dünya kuboku turnirində mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti