...

Əflatun Amaşov: Ali məktəblərdə iqlim dəyişikliyi ilə bağlı tələbə jurnalistlər üçün kurslar keçiriləcək

Cəmiyyət Materials 30 Noyabr 2011 13:56 (UTC +04:00)
Ali məktəblərdə iqlim dəyişikliyi ilə bağlı tələbə jurnalistlər üçün kurslar keçiriləcək.
Əflatun Amaşov: Ali məktəblərdə iqlim dəyişikliyi ilə bağlı tələbə jurnalistlər üçün kurslar keçiriləcək

Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir E.Mehdiyev/

Ali məktəblərdə iqlim dəyişikliyi ilə bağlı tələbə jurnalistlər üçün kurslar keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda" tədris proqramının təqdimatı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bu proqramın Təhsil Nazirliyi tərəfindən təsdiqlənməsi istiqamətində işlər aparılır.

"Artıq bununla bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılır və çox yaxın vaxtlarda proqram nazirlik tərəfindən təsdiq olunacaq", - Amaşov bildirib.

O, qeyd edib ki, həmin tədris proqram Mətbuat Şurası ilə YUNESKO-nun Moskva ofisinin birgə layihəsi əsasında hazırlanıb.

Bu proqram ilk dəfə Azərbaycanda hazırlanır və YUNESKO-nun xətti ilə təşkilata üzv olan dövlətlərdə də yayılacaq.

Xəbər lenti

Xəbər lenti