Azərbaycan, Bakı, 30 noyabr /Trend/
Azərbaycanda qadağan olunmuş əşyaları cəzaçəkmə müəssisəsinə keçirmək cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, PX-nin və 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb.
30.11.2011-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1980-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4; 120.2.5; 120.2.7; 120.2.11; 181.3.3; 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məmmədov Mansur Musa oğlunun yanına görüşə gəlmiş həyat yoldaşı, vətəndaş Tağıyeva Çiçək Müzəffər qızının üzərinə baxış keçirilən zaman paltarının gizli saxlanc yerində 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.