...

Ötən ay Azərbaycandan 842 əcnəbi çıxarılıb

Cəmiyyət Materials 5 Dekabr 2011 15:48 (UTC +04:00)
Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkədən 842 əcnəbi çıxarılıb.
Ötən ay Azərbaycandan 842 əcnəbi çıxarılıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkədən 842 əcnəbi çıxarılıb.

DMX-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində noyabr ayında 1105 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 263 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 680 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 162 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Noyabr ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5048 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti