...

Bakıda İslamın Qərb dünyasında güclənməsinə həsr olunan kitabın təqdimatı keçirilib

Cəmiyyət Materials 6 Dekabr 2011 18:10 (UTC +04:00)
Bakıda çərşənbə axşamı "CITIZEN ISLAM. The Future of Muslim Integration in the West" kitabının təqdimat mərasimi keçirilib.
Bakıda İslamın Qərb dünyasında güclənməsinə həsr olunan kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda çərşənbə axşamı "CITIZEN ISLAM. The Future of Muslim Integration in the West" kitabının təqdimat mərasimi keçirilib.

"Kitab İslamın Qərbdə güclənməsinə həsr olunub", - Trend-in məlumatına görə, bunu təqdimat mərasimində jurnalistlərə kitabın müəllifi, Hadson İnstitutunun Avroasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran bildirib.

O qeyd edib ki, kitab üç il müddətinə yazılıb. "Kitabı yazmaq üçün müxtəlif ölkələrə getdim və araşdırmalar apardım", - o deyib. Müəllif bildirib ki, kitabda Azərbaycanla bağlı ayrıca bir paraqraf yer alıb. "Bu, 1918-ci ildə Şərqdə qurulmuş ilk cümhuriyyətin İslama verdiyi önəmlə bağlıdır", - Baran deyib.

"CITIZEN ISLAM. The Future of Muslim Integration in the West" Zeyno Baranın işıq üzü görmüş dördüncü kitabıdır.

Kitabın təqdimat mərasimində Zeyno Baran "İslam. İslamçılıq və Qərb" adlı mühazirə ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti