...

Bakı buxtasının ərazisindən 60-dan artıq batmış və yarımbatmış gəmi çıxarılıb

Cəmiyyət Materials 8 Dekabr 2011 12:13 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsi tərəfindən artıq Bakı buxtasının ərazisindən 60-dan artıq batmış və yarımbatmış gəmi çıxarılıb.
Bakı buxtasının ərazisindən 60-dan artıq batmış və yarımbatmış gəmi çıxarılıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsi tərəfindən artıq Bakı buxtasının ərazisindən 60-dan artıq batmış və yarımbatmış gəmi çıxarılıb. Bu barədə cümə axşamı Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən məlumat yayıb.

Məlumata görə, bu ilin II və III rüblərində aparılmış tədqiqat və təhlillərin nəticəsinə görə, Bakı buxtasında çirkləndirici komponentlərin miqdarı 2008-ci illə müqayisədə 2-3 dəfə azalıb.

"Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə hazırda Paris Kommunası adına Gəmi Təmiri zavodu tam sökülərək yerində Milli Parkın genişləndirilməsi ilə əlaqədar işlər aparılır. Bakı buxtasının akvatoriyasında suyun səthində üzən neft ləkələrinin və müxtəlif növ üzən bərk tullantıların yığılması Xəzər Dəniz Neft Donanmasına məxsus "Bulvar-1" gəmisi vasitəsilə həyata keçirilir", - məlumatda deyilir.

Nazirlər Kabinetinin 10 avqust 2011-ci il tarixli 2358 nömrəli sərəncamına əsasən, buxtanın təmizlənməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Buxtada görüləcək işlərin texniki iqtisadi əsaslandırılması və ətraf mühitə təsirin qiymətləndirilməsini təmin etmək üçün FHN Hollandiya şirkəti ilə müqavilə bağlayıb.

Məlumata görə, digər aidiyyəti dövlət qurumu olan "Azərsu" ASC tərəfindən Xəzər dənizinə axıdılan məişət-fekal çirkab sularının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasında yeni texnoloji xəttin çəkilməsi, şəhərdaxili təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin yağış kanalizasiyası şəbəkəsindən təcrid edilməsi nəticəsində Bakı buxtasına axıdılan çirkab suların həcmi gün ərzində 300 min kubmetr azaldılıb.

Xəbər lenti

Xəbər lenti