...

Fövqəladə hallar naziri əhalini qaz sobalarından istifadə zamanı diqqətli olmağa çağırıb

Cəmiyyət Materials 8 Dekabr 2011 15:14 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov əhalini qaz sobalarından istifadə zamanı şəxsi təhlükəsizliyi təmin etmək üçün diqqətli olmağa çağırıb.
Fövqəladə hallar naziri əhalini qaz sobalarından istifadə zamanı diqqətli olmağa çağırıb

Azərbaycan, Bakı, 8 dekabr / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov əhalini qaz sobalarından istifadə zamanı şəxsi təhlükəsizliyi təmin etmək üçün diqqətli olmağa çağırıb.

Trend-in məlumatına görə, Heydərov cümə axşamı jurnalistlərə bildirib ki, nazirlik sobalardan düzgün istifadə, hansı sobalardan istifadə olunmaması ilə bağlı təbliğat aparır.

"Dəm qazından zəhərlənmə insanların özündən asılıdır. Biz bəzi model qaz cihazlarının ölkəyə gətirilməməsi üçün Dövlət Gömrük Komitəsinə, ticarət şəbəkələrinə müraciət etmişik. Belə cihazlar 3 ildən artıqdır ki, ölkəyə gətirilmir", - Heydərov qeyd edib.

O əlavə edib ki, lakin belə sobalar ölkəyə fərdi qaydada gətirilir. Buna əngəl yarada bilmədiklərini deyən nazirin sözlərinə görə, əhali bu qurğuları mənzillərində texnologiyaya uyğun quraşdırmır və nəticədə belə faciələr baş verir.

Qış mövsümü başlayandan Azərbaycanda dəm qazından zəhərlənmə hallarının sayı kəskin artıb.

Xəbər lenti

Xəbər lenti