...

SAM-ın eksperti Gürcüstanda SSRİ-nin süqutuna həsr olunacaq konfransda iştirak edəcək

Cəmiyyət Materials 9 Dekabr 2011 12:01 (UTC +04:00)
10-12 dekabr 2011-ci il tarixində Tbilisidə İliya Dövlət Universiteti, Gürcüstanın Atlantik Şurası və Avropa Evinin təşkilatçılığı ilə SSRİ-nin süqutunun 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
SAM-ın eksperti Gürcüstanda SSRİ-nin süqutuna həsr olunacaq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

10-12 dekabr 2011-ci il tarixində Tbilisidə İliya Dövlət Universiteti, Gürcüstanın Atlantik Şurası və Avropa Evinin təşkilatçılığı ilə SSRİ-nin süqutunun 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iştirak edəcək Strateji Araşdırmalar Mərkəzinin eksperti Heydər Mirzə "Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həlli perspektivləri" mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransda SSRİ-nin çökməsi prosesi, onun tərkibində olan dövlətlərdə və bölgələrdə gedən siyasi proseslər, Cənubi Qafqaz ölkələrinin tarixi konteksti və onların inkişafının strateji perpsektivləri, keçmiş SSRİ məkanında həll olunmamış münaqişələr və onların həlli yolları əsas müzakirə mövzuları olacaq.

Xəbər lenti

Xəbər lenti