...

Azərbaycanın mədəniyyət naziri Doha Forumunda iştirak edir

Cəmiyyət Materials 12 Dekabr 2011 18:04 (UTC +04:00)
Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Dohada keçirilən BMT Sivilizasiyalar Alyansının 4-cü illik Forumunda iştirak edir.
Azərbaycanın mədəniyyət naziri Doha Forumunda iştirak edir

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Dohada keçirilən BMT Sivilizasiyalar Alyansının 4-cü illik Forumunda iştirak edir.

Trend-in bazar ertəsi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları daxildir.

Qarayev dekabrın 1-də turizm və səyahətlərin sivilizasiyalararası münasibətlərdə rolu mövzusunda keçirilən sessiyada çıxış edib. Çıxışı zamanı Ermənistanın işğalçılıq fəaliyyətinin turizmin inkişafına vurduğu ziyanı vurğulanıb. Sessiyanın sədri Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai olub.

Doha Forumu çərçivəsində Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Azərbaycan ilə təşkilat arasında yüksək münasibətlər vurğulanaraq gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Rifai 2013-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşı olmaqdan məmnun olacaqlarını diqqətə çatdırıb.

Qarayev həm də BMT-nin Sivilizasiyalar Alyansı üzrə yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Xorxe Sampayo ilə görüşüb. Görüş zamanı alyans ilə Azərbaycan arasında münasibətlər, mədəniyyətlərarası dialoqa dəstək, müasir mədəniyyətlərarası proseslər barədə fikir mübadiləsi aparılıb.

Qarayev Sampayonu 2013-cü ildə keçiriləcək Foruma dəvət edib.

Xəbər lenti

Xəbər lenti