...

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub

Cəmiyyət Materials 13 Dekabr 2011 16:42 (UTC +04:00)
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov çərşənbə axşamı Trend-ə bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun köməkçisi Yusif Cəlilli Xaçmaz rayon prokuroru, Yardımlı rayon prokuroru vəzifəsini icra edən Natiq Abdullayev Lənkəran rayon prokuroru, Lənkəran rayon prokuroru vəzifəsini icra edən Ramiz Nəbiyev isə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin olunublar.

Xəbər lenti

Xəbər lenti