...

Azərbaycan FHN radioaktiv mənbələrlə bağlı görülən işin həcmini açıqlayıb

Cəmiyyət Materials 16 Dekabr 2011 17:20 (UTC +04:00)
Azərbaycan FHN radioaktiv mənbələrlə bağlı görülən işin həcmini açıqlayıb.
Azərbaycan FHN radioaktiv mənbələrlə bağlı görülən işin həcmini açıqlayıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin və ionlaşdırıcı şüalama mənbələrinin fiziki mühafizəsinin təmin edilməsi məqsədi ilə 2011-ci il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) müxtəlif təyinatlı 99 müəssisədə nəzarət-yoxlama tədbirləri həyata keçirib. Trend-in məlumatına görə, bunu FHN-in yaradılmasının 6-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı nazir Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən nəzarət-yoxlama tədbirləri nəticəsində radioaktiv mənbələrin respublika ərazisinə gətirilməsi və respublika ərazisindən çıxarılması üçün 17 müəssisəyə 58 sayda rəy və texniki arayışlar verilib.

Heydərov qeyd edib ki, radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 16 müəssisədə 136 radioaktiv mənbənin dozimetrik nəzarəti keçirilib və onların yoxlanılması haqqında 49 akt tərtib olunub.

"İl ərzində "İzotop" xüsusi kombinatı tərəfindən 105 kiloqram radioaktiv tullantı uzunmüddətli saxlanmaya-basdırılmaya, 198 ədəd radioaktiv mənbə isə uzunmüddətli saxlanmaya qəbul edilib, 185 ədəd radioaktiv mənbənin təhlükəsiz nəqli həyata keçirilib", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti