...

Bakıda piyadaların "soyqırımı" (VİDEO)

Cəmiyyət Materials 20 Dekabr 2011 11:53 (UTC +04:00)
Azərbaycanda bu ilin 11 ayında baş verən yol qəzalarının təxminən 40 faizini piyadaların vurulması təşkil edib.
Bakıda piyadaların "soyqırımı" (VİDEO)

Azərbaycan, Bakı, 20 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 11 ayında baş verən yol qəzalarının təxminən 40 faizini piyadaların vurulması təşkil edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu ilin 11 ayında qeydə alınan 2 820 yol nəqliyyat hadisəsinin 39,6 faizi piyadavurmalardır.

Həmin qəzalarda 365 piyada həyatını itirib, 842 nəfər isə xəsarət alıb.

Hesabat dövründə qeydə alınan yol qəzalarında isə 940 nəfər ölüb, 3037 nəfər isə xəsarət alıb.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti