...

Bakıda sabah hava yağmursuz olacaq

Cəmiyyət Materials 20 Dekabr 2011 12:29 (UTC +04:00)
Bakıda sabah hava yağmursuz olacaq.
Bakıda sabah hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 20 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sabah hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman, səhər az çiskin olacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 3-8 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bəzi yerlərdə duman, səhər saatlarında az çiskin olacaq. Mülayim cənub küləyinin dekabrın 22-də şimal küləyi ilə əvəz olunacağı, maksimal temperaturun 9-14 dərəcə isti təşkil edəcəyi gözənilir.

Xəbər lenti

Xəbər lenti