...

Sabah Azərbaycanda hava küləkli olacaq

Cəmiyyət Materials 22 Dekabr 2011 12:49 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava küləkli olacaq.
Sabah Azərbaycanda hava küləkli olacaq

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildirilib ki, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın regionlarında dekabrın 23-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 25-i gündüz və 26-da rütubətli, küləkli hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Xəbər lenti

Xəbər lenti