...

Azərbaycanda sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 27 Dekabr 2011 11:49 (UTC +04:00)
Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda sabit hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 27 dekabr / Trend müxbir İ.İsabalayeva/

Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən cənub-qərb, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqrnozlaşdırılır. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti