...

Azərbaycanda idman xadimləri fəxri ad və dərəcələrlə təltif ediliblər

Cəmiyyət Materials 27 Dekabr 2011 17:58 (UTC +04:00)
Azərbaycanda 2011-ci ilin yekunlarına əsasən, 33 idman xadimi fəxri ad və dərəcələrlə təltif edilib.
Azərbaycanda idman xadimləri fəxri ad və dərəcələrlə təltif ediliblər

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2011-ci ilin yekunlarına əsasən, 33 idman xadimi fəxri ad və dərəcələrlə təltif edilib.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir müavini İsmayıl İsmayılov bildirib ki, bu il ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda 705 medal qazanıblar ki, bu da ötən illə müqayisədə 30 medal çoxdur. Onun sözlərinə görə, həmçinin, il ərzində ölkədə idman infrastrukturu yaxşılaşdırılıb.

Nazir müavini qeyd edib ki, il ərzində Azərbaycan 42 beynəlxalq yarışa ev sahibliyi edib.

Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına əsasən fərqlənən idman xadimləri "Fəxri bədən tərbiyəsi və idman işçisi", "Əməkdar məşqçi", "Əməkdar idman ustası" dərəcələrinə uyğun vəsiqələrlə təltif ediblər.

Fəxri bədən tərbiyəsi və idman işçisi
1. İman Qasimi (boks)
2. Namiq Əsgərov (kikboksinq)
3. Hidayət Mursaqulov (bədən tərbiyəsi üzrə)
4. Çingiz Orucov (bədən tərbiyəsi üzrə)
5. Fikrət Həsənov (basketbol)
6. Natalya Qordeyeva (həndbol)
7. Söhbəttin Məmmədov (cüdo)
8. Əhməd Allahverdiyev (otüstü hokkey)
9. Səfər Babayev (futbol)
10. Rövşən Məmmədov (futbol)
11. Rasim Əliyev (bədən tərbiyəsi üzrə)
12. Rafail Abbasov (sərbəst güləş)
13. Şalı Həsənov (bədən tərbiyəsi üzrə)

Əməkdar məşqçi
1. Vüqar Ələkbərov (boks)
2. Anar Allahverdiyev (karate-do)
3. Rauf Vəliyev (universal döyüş)
4. Seymur Qurbanov (boks)
5. Qalib Şükürov (sərbəst güləş)
6. Elşən İsmayılov (universal döyüş)
7. Elşən Abdulrəhimov (kikboksinq)
8. Hikmət Abdullayev (həndbol)
9. Şəhriyar Əsgərov (basketbol)
10. İlham Əlimzanov (boks)
11. Mübariz Əliyev (boks)
12. Rauf Aydınov (boks)
13. Məmməd Məmmədov (ağır atletika)
14. Vüqar Əliyev (voleybol)
15. Barat İsrafilov (kunq-fu)
16. İlqar Əliyev (futbol)

Əməkdar idman ustası
1. Elçin Əlizadə (boks)
2. Fərhad Acalov (boks)
3. Elman Mirzəyev (kikboksinq)
4. Şahin Mahmudov (kikboksinq

Xəbər lenti

Xəbər lenti