...

Səttar Mehbalıyev: Ən çoх əmək hüquqları tikinti sektorunda pozulur

Cəmiyyət Materials 28 Dekabr 2011 16:58 (UTC +04:00)
İlkin məlumata görə, ən çoх əmək hüquqları tikinti sektorunda pozulur.
Səttar Mehbalıyev: Ən çoх əmək hüquqları tikinti sektorunda pozulur

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

İlkin məlumata görə, ən çoх əmək hüquqları tikinti sektorunda pozulur. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

O qeyd edib ki, 2013-cü il fevralın 5-7-də Azərbaycanın həmkarlar ittifaqlarının qurultayı keçiriləcək. Onun sözlərinə görə, qurultaya hazırlıq işləri aparılır.

"2012-ci ildən bütun sahə həmkarlar təşkilatları hesabat-seçki yığıncaqlarına start verəcək. Gələn il, həmçinin, ilk və rayon təşkilatlarında sədr seçkiləri və ən nəhayət respublika komitələrinə seçkilər başlanacaq", - Mehbalıyev deyib.

O, həmçinin qeyd edib ki, cari ilin sonunda həmkarlar ittifaqlarının son beş ildə gördüyü işlərlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti