...

Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Cəmiyyət Materials 9 Yanvar 2012 16:29 (UTC +04:00)
Nazirlər Kabineti "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nı təsdiqləyib.
Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Nazirlər Kabineti "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nı təsdiqləyib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qərara əsasən, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum hesab edilir.

Siyahı Nazirlər Kabinetinin 6 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiqlənib.

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ötən il yaradılıb. Mərkəzin yaradılmasında məqsəd müraciətlərə baxılmanın operativliyini daha da artırmaqdır.

Yeni yaradılan mərkəzdə həm agentliyin mütəxəssislərinin, həm də müəllif hüquqları və əlaqəli hüquqlarla maraqlanan digər şəxslərin hazırlığının artırılması üçün işlər görüləcək.

Xəbər lenti

Xəbər lenti