...

Azərbaycanın cənubunda ovçular vəzifəli şəxslərə atəş açıb

Cəmiyyət Materials 13 Yanvar 2012 09:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirilən reyd zamanı insident baş verib.
Azərbaycanın cənubunda ovçular vəzifəli şəxslərə atəş açıb

Azərbaycan, Bakı, 13 yanvar / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirilən reyd zamanı insident baş verib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, yanvarın 10-da keçirilən reyd zamanı Biləsuvar və Cəlilabad rayonlarının ərazisində fəaliyyət göstərən "Zəvvar" ovçuluq təsərrüfatında saat 23:00 radələrində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb. Müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi götürülüb.

Bu zaman digər brokonyer gizlətdiyi yerdən tüfəngini çıxardaraq ETSN-in əməkdaşları istiqamətində atəş açıb, lakin təsadüf nəticəsində xəsarət alan olmayıb. Daha sonra həmin şəxs nazirliyin əməkdaşlarından birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 ədəd tüfəngi maşının yük yerindən götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Daxil İşlər Nazirliyinin 102 xidmətinə, Cəlilabad rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilib. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

ETSN bildirir ki, belə hallar nazirliyin əməkdaşlarını qanun pozuntularına qarşı mübarizədən çəkindirə bilməz. Nazirlik bir daha əhalini ov etməklə müşayiət olunan istirahətdən imtina etməyə, təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır.

Xəbər lenti

Xəbər lenti