Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir T.Cəfərov/
İranın Təhsil Nazirliyi oğlan və qız məktəblilər üçün fərqli dərsliklər çap edəcək. Bunu İranın təhsil naziri Həmidrza Hacıbabai bazar ertəsi Tehranda keçirilən konfransda deyib. Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verir.
Hacıbabai deyib ki, nazirlik yeni proqram həyata keçirmək istəyir ki, həmin proqrama əsasən, cinsi fərqliliyə görə təhsil müəssisələri və dərsliklər uyğunlaşdırılacaq.
"Elə məktəblər tikməliyik ki, orada oğlanlar və qızlar özlərini rahat hiss etsinlər", - Hacıbabai deyib.
İranda ilk dəfə olaraq belə layihə 1999-cu ildə paytaxt Tehranda qız məktəbləri üçün həyata keçirilib. Həmin layihəyə əsasən, qız məktəblərinin divarları hündür tikilir ki, məktəbli qızlar məktəb daxilində özlərini rahat etsinlər və hicabsız gəzə bilsinlər.