...

Azərbaycanda fiziki qüsurlu gənclərin reproduktiv sağlamlığı ilə bağlı təlimlər keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2012 16:22 (UTC +04:00)
Azərbaycanda fiziki qüsurlu gənclərin reproduktiv sağlamlığı ilə bağlı təlimlər keçirilib.
Azərbaycanda fiziki qüsurlu gənclərin reproduktiv sağlamlığı ilə bağlı təlimlər keçirilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda fiziki qüsurlu gənclərin reproduktiv sağlamlığı ilə bağlı təlimlər keçirilib.

Trend-in məlumatına görə, Gənclər Təşkilatları Milli Şurasından cümə axşamı bildiriblər ki, "Fiziki Qüsurlu Gənclərin Reproduktiv Sağlamlığı Təlimi" layihəsinə 16-24 yaşlı, fiziki qüsurları olan 15 gənc cəlb olunub.

Layihədə ilk dəfə olaraq Avropa Gənclər Forumunun eksperimental olaraq həyata keçirməyə başladığı qeyri-formal təhsildə keyfiyyətin təmin olunması metodologiyasından istifadə olunub. Bu metod hazırda Azərbaycan da daxil olmaqla Avropanın yalnız beş ölkəsində həyata keçirilir. Layihənin yekunları haqqında hesabatlar Avropa Gənclər Forumuna təqdim olunacaq və gələcək fəaliyyət planı müəyyənləşəcək.

Layihənin proqramında reproduktiv sağlamlıq, İİV/AIDS, cəmiyyətə qayıdış və aktiv iştirak, stress mövzuları müzakirə olunub. Növbəti aylarda layihənin daha geniş formatda keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti