...

Yol polisi Azərbaycanın rayonlarına gedən yolların vəziyyəti ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 21 Yanvar 2012 11:22 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, şaxtalı-qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba yolunun 130-2-4-cü kilometrliyi, Gəndob-Yalama yolunun 1-47-ci kilometrliyi, Ağsu aşırımı və İsmayıllı-Muğanlı yolunun hərəkət hissəsi buz bağlayıb.
Yol polisi Azərbaycanın rayonlarına gedən yolların vəziyyəti ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Respublikanın rayonlarına gedən yollar buz bağlayıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, şaxtalı-qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba yolunun 130-204-cü kilometrliyi, Gəndob-Yalama yolunun 1-47-ci kilometrliyi, Ağsu aşırımı və İsmayıllı-Muğanlı yolunun hərəkət hissəsi buz bağlayıb.

Əliyev bildirib ki, hazırda həmin yollara qumsəpmə prosesi həyata keçirilir.

Şöbə rəisi bununla əlaqədar sürücülərə yollarda diqqətli olmağı, buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini tövsiyə edir.

Baş Dövlət Yol Polisi İdarəsi idarəetmə təcrübəsi olmayan sürücülərə şaxtalı, buzlu hava şəraitində yola çıxmamağı məsləhət görür.

Əliyev bildirib ki, dünən respublikada 13 yol qəzaı baş verib, ölüm qeydə alınmayıb, 21 nəfər xəsarət alıb. Qəzaların 4-ü respublikanın rayonlarında, 9-u Bakıda qeydə alınıb.

Naftalanda 5, Bakının Binəqədi rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən toqquşma, Zaqatalada iki nəfərin yaralanması ilə nəticələnən aşma olub.

Xəbər lenti

Xəbər lenti