...

Azərbaycan sinoptikləri havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq edib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 Yanvar 2012 12:03 (UTC +04:00)
Azərbaycan sinoptikləri ölkə ərazisində havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq yayıb.
Azərbaycan sinoptikləri havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq edib (ƏLAVƏ OLUNUB)

(7-ci abzasdan sonra əlavə olunub, ilk xəbər 10:27-də yayılıb)

Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptikləri ölkə ərazisində havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 25-i axşamdan 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü küləkli və soyuq keçəcəyi gözlənilir.

Bu müddətdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Yanvarın 27-si və 28-də bəzi ərazilərdə qarın intensivləşəcəyi ehtimalı var.

Yanvarın 26-sı və 27-də havanın temperaturunun gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Yanvarın 28-də havanın temperaturu bir qədər də aşağı enəcək.

Şimal-qərb küləyi saniyədə 10-15 metr sürəti ilə əsəcək, arabir küləyin sürəti saniyədə 20-25 metrədək güclənəcək.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 27-si və 28-də yarımadanın bəzi yerlərində yollar buz bağlayacaq.

Qeyri-sabit hava şəraiti Azərbaycanın bölgələrində də müşahidə ediləcək.

Yanvarın 26-da Aran rayonlarında gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxta olacaq.
Yanvarın 27-si və 28-də Aran rayonlarında gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 3-8 dərəcə şaxta proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti