...

Azərbaycanda şagirdlərin evdə filtrasiyalı internetdən istifadəsi yaxın vaxtlarda reallaşacaq

Cəmiyyət Materials 30 Yanvar 2012 14:03 (UTC +04:00)
Azərbaycanda şagirdlərin evdə filtrasiyalı internetdən istifadəsi yaxın vaxtlarda reallaşacaq. Bu barədə bazar ertəsi Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.
Azərbaycanda şagirdlərin evdə filtrasiyalı internetdən istifadəsi yaxın vaxtlarda reallaşacaq

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda şagirdlərin evdə filtrasiyalı internetdən istifadəsi yaxın vaxtlarda reallaşacaq. Bu barədə bazar ertəsi Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, artıq bu sistemin test yoxlaması başa çatıb. Yaxın vaxtlarda Azərbaycanın bəzi orta məktəblərində təhsil alan şagirdlərin evdə filtrasiyalı internetdən istifadə edə bilməsi üçün onlara pulsuz modem paylanacaq. Bu modem Azərbaycan Təhsil Nazirliyi və "İntel" korporasiyasının birgə təşəbbüsü olan "1 şagird - 1 kompüter" layihəsində iştirak edən və pulsuz olaraq netbukla təmin olunan şagirdlərə veriləcək. İndiyədək bu layihə çərçivəsində şagirdlərə 2000 netbuk verilib.

Şagirdlər onlara verilmiş modemlərin köməyi ilə evdə Azərbaycan təhsil şəbəkəsinə daxil ola və filtrasiyalı internetdən istifadə edə biləcəklər. Şagirdlər evdə bu modem vasitəsilə istifadə etdikləri internetin haqqını özləri ödəyəcəklər.

İdarədən deyilib ki, filtrasiyalı internetdən yalnız "1 şagird - 1 kompüter" layihəsinin iştirakçıları olan şagirdlər deyil, digər məktəblilər də istifadə edə biləcəklər. Ancaq bunun üçün həmin şagirdlər modemi öz vəsaitləri hesabına almalıdırlar. Həmin modemlərin satışının da yaxın vaxtlarda təşkil edilməsi nəzərdə tutulur.

Hazırda təhsil müəssisələrinə verilən internetdə xüsusi filtrasiya sistemi tətbiq edilir. Buna görə də onlar məktəbdə porno, terror, dini təşviqatlar aparan saytlara daxil ola bilmirlər.

Xəbər lenti

Xəbər lenti