...

Səhiyyə Nazirliyi: Bakıda təcili yardıma edilən müraciətlərin 38-də ölüm faktı qeydə alınıb

Cəmiyyət Materials 2 Fevral 2012 11:55 (UTC +04:00)
Ötən gün ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1469 müraciət daxil olub.
Səhiyyə Nazirliyi: Bakıda təcili yardıma edilən müraciətlərin 38-də ölüm faktı qeydə alınıb

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ötən gün ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1469 müraciət daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edənlərdən 169 nəfəri xəstəxanaya çatdırılıb. Onlardan 5-i infarkt, 6-sı insult, 12-si cərrahi xəstə, 18-i doğuş, 6-sı yolxucu xəstəlik, 84-ü travma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Müraciətlərin 38-də ölüm faktı qeydə alınıb.

Ötən gün 40 nəfər sürüşmə nəticəsində xəsarət alıb, onlardan 28 nəfəri xəstəxanaya aparılıb.

Dünən 17 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə stansiyaya müraciət edib. Onlardan 12-si xəstəxanaya çatdırılıb. Ötən gün 11 yol qəzası nəticəsində 3 nəfər həlak olub, 16 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Nazirlik əhaliyə şəxsi nəqliyyat vasitələrindən istifadə olunmamasını, zərurət olmadığı halda evdən çıxmamağı tövsiyə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti