...

Azərbaycanda mədəniyyət sahəsinin yeni qanunvericilik təməli qoyulacaq

Cəmiyyət Materials 3 Fevral 2012 13:36 (UTC +04:00)
Azərbaycanda mədəniyyət sahəsinin yeni qanunvericilik təməli qoyulacaq.
Azərbaycanda mədəniyyət sahəsinin yeni qanunvericilik təməli qoyulacaq

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mədəniyyət sahəsinin yeni qanunvericilik təməli qoyulacaq.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov Trend-ə bildirib ki, parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq "Mədəniyyət haqqında" qanun bu istiqamətdə hazırlanması gözlənilən digər qanunlar üçün təməl rolu oynayacaq.

"Həyatın inkişafı, mədəniyyət sahəsinin özündə baş verən irəliləyişlər 1990-cı illərin ortalarında qəbul olunan "Mədəniyyət haqqında" qanuna ciddi dəyişiklikləri vacib edir", - o deyib.

Hüseynov bildirib ki, "Mədəniyyət haqqında" qanun yaz sessiyasında qəbul olunandan sonra bu sahədə təklif olunan digər qanun layihələri müzakirə olunaraq parlamentin payız sessiyası üçün təkliflər şəkilində hazırlanacaq.

Azərbaycanda mədəniyyət sahəsində "Muğam sənəti" haqqında, "Aşıq sənəti" haqqında", "Mərasimlər haqqında" və s. qanun layihələrinin hazırlanaraq qəbul olunması təklif olunur.

Komitə sədrinin müavini bildirib ki, "Mədəniyyət haqqında" qanunun yüksək səviyyədə təkmilləşdirilməsi üçün mədəniyyət xadimləri, mədəniyyət işçilərinin təklifləri nəzərə alınacaq.

Yeni qanun layihəsinə prodüser institutunun yaradılması, yaradıcılıq birliklərinin hüquqi statusunun müəyyənləşməsi, yaradıcı insanların müdafiəsi ilə bağlı maddələrin əlavə olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti