...

Sumqayıtın sabiq hərbi komissarının məhkəməsi başlayır

Cəmiyyət Materials 7 Fevral 2012 13:09 (UTC +04:00)
Sumqayıtın sabiq hərbi komissarı barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Sumqayıtın sabiq hərbi komissarının məhkəməsi başlayır

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir K.Zərbalıyeva/

Sumqayıtın sabiq hərbi komissarı barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, cinayət işi üzrə sabiq hərbi komissar, polkovnik-leytenant Samir Məmmədov, komissarlığın 2-ci bölməsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Əliyev, hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov, 2-ci bölmənin rəis köməkçisi vəzifəsini müvəqqəti icra etmiş Azər Xalıqov təqsirləndirilən şəxs qismində tanınıblar.

Sabiq hərbi komissar, 2-ci bölmənin rəisi və həkim komissiyasının sədri Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.3-cü), vəzifə saxtakarlığı (313-cü), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.2.1-ci) maddələri ilə ittiham olunurlar.

İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.

Xalıqov isə rüşvətalma cinayətində ittiham olunur.

Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib və hazırlıq iclası fevralın 16-a təyin olunub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev və Xətai rayonun hərbi komissar əvəzi işləmiş Davud Hüseynov barəsindəki cinayət işlərinə baxılır.

Xəbər lenti

Xəbər lenti