...

Bakıda maye qaz daşıyan yük maşını aşıb, Nizami, Xətai və Sabunçu rayonlarına qazın verilişi dayandırılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Fevral 2012 14:41 (UTC +04:00)
Bakıda maye qaz daşıyan yük maşını aşıb. Bu barədə Trend-ə Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Bakıda maye qaz daşıyan yük maşını aşıb, Nizami, Xətai və Sabunçu rayonlarına qazın verilişi dayandırılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:53-də yayılıb)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda maye qaz daşıyan yük maşını aşıb. Bu barədə Trend-ə Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə bu gün saat 13:00 radələrində Bakının Nizami rayonu ərazisində Bakı neftayırma zavodunun yaxınlığında, qazdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Maye qaz daşıyan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə yanğınla müşahidə olunan partlayış baş verib. Hadisə yerinə 12-dən çox yanğınsöndürən maşın gəlib.

Hazırda yanğının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı Trend-ə bildirib ki, maye qaz daşıyan yük maşını magistral qaz kəməri yaxınlığında aşdığına görə hər hansı qəzanın baş verməməsi üçün Nizami, Xətai və Sabunçu rayonlarına qaz verilişi müvəqqəti dayandırılıb.

Eyvazlı qaz verilişinin gün ərzində bərpa olunacağını deyib.

Xəbər lenti

Xəbər lenti