...

Qulu Novruzov: Vətəndaş cəmiyyətinin rolu olmadan korrupsiyaya qarşı mübarizədə nəticə əldə etmək çətindir

Cəmiyyət Materials 15 Fevral 2012 12:32 (UTC +04:00)
Qulu Novruzov: Vətəndaş cəmiyyətinin rolu olmadan korrupsiyaya qarşı mübarizədə nəticə əldə etmək çətindir
Qulu Novruzov: Vətəndaş cəmiyyətinin rolu olmadan korrupsiyaya qarşı mübarizədə nəticə əldə etmək çətindir

Azərbaycan, Şamaxı, 15 fevral / Trend müxbir M.Əliyev/

Korrupsiyaya qarşı mübarizədə, şəffaflığın artırılmasında təhsil sisteminin rolu artır. Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda Vergilər Nazirliyinin Şamaxı ratonunda yerləşən Tədris Mərkəzində keçirilən konfransda təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin rolu olmadan korrupsiyaya qarşı mübarizədə nəticə əldə etmək çətindir.

Nazir müavini həmçinin qeyd edib ki, təhsil sahəsində antikorrupsiya fəaliyyətinin səmərəli olmasında daha yaxşı nəticə əldə etmək üçün təhsil alanların özlərinin bu sahədə biliklərinin artırılmasına yönəlmiş tədbirlər daha təsirlidir.

"Artıq orta təhsil səviyyəsində qəbul olunmuş kurrikulum çərçivəsində, İnsan və cəmiyyət fənni çərçivəsində, həmçinin Ombudsman Aparatının yaxından iştirakı ilə insan haqlarının tədrisində pilləli təhsilin təşkil olunması ilə bağlı həm şagirdlər, həm tələbələr artıq öz hüquqları barədə biliklər alırlar", - o deyib.

Novruzov bildirib ki, ali məktəblərdə isə daha yüksək səviyyədə insan haqları haqqında biliklər verilir.

Xəbər lenti

Xəbər lenti