...

Bakı yol polisi sürücüləri diqqətli olmağa çağırır

Cəmiyyət Materials 20 Fevral 2012 09:14 (UTC +04:00)
Bakıda şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar yollarda təhlükəli vəziyyət yaranıb
Bakı yol polisi sürücüləri diqqətli olmağa çağırır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar yollarda təhlükəli vəziyyət yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxt ərazisindəki əksər körpülər, enişli-yoxuşlu yollar buz bağladığı üçün nəqliyyatın hərəkəti üçün əlverişsiz və təhlükəli şərait yaranıb.

Bununla əlaqədar Bakı Yol Polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə və ehtiyatlı olmağa çağırıb.

Bakı Yol Polisi tövsiyə edir ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər.

Xatırladaq ki, dünən saatlarından başlayaraq bu günə qədər Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayət olunan qar yağıb. Belə hava şəraitinin yanvarın 21-dək davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti