...

Nuşirəvan Məhərrəmli: Hazırda Azərbaycanda 15-dən çox teleserialın çəkilişi gedir

Cəmiyyət Materials 20 Fevral 2012 12:34 (UTC +04:00)
Hazırda Azərbaycanda 15-dən çox teleserialın çəkilişi gedir. Bunu bazar ertəsi Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Nuşirəvan Məhərrəmli: Hazırda Azərbaycanda 15-dən çox teleserialın çəkilişi gedir

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Hazırda Azərbaycanda 15-dən çox teleserialın çəkilişi gedir. Bunu bazar ertəsi Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, bütün telekanallarda bunun üçün hazırlıq işləri gedir.

"Artıq bir neçə kanal müəyyən teleserialları çəkib. Bir neçəsinə artıq biz baxmışıq. Bəziləri bizi qane edir, bəziləri yox. Ancaq hər halda proses başlayıb, aktiv olaraq gedir və mart ayından bu proses daha da sürətlənəcək", - Məhərrəmli deyib.

O, qeyd edib ki, mayın 1-nə qədər Azərbaycan telekanallarında yayımlanan bütün xarici seriallar başa çatacaq. Telekanllar hamısı bu barədə məlumatlandırılıblar və öz işlərini buna uyğun qurublar.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası artıq 2012-ci il may ayının 1-dən Azərbaycanda xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti