...

Ötən il Azərbaycan gəlmə turizmindən 970 milyon manata yaxın gəlir əldə edib

Cəmiyyət Materials 22 Fevral 2012 13:27 (UTC +04:00)
Ötən il Azərbaycan gəlmə turizmindən 966,3 milyon manat gəlir əldə edib. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev "Turizm ili"nin yekunlarına həsr olunan kollegiya iclasında bildirib.
Ötən il Azərbaycan gəlmə turizmindən 970 milyon manata yaxın gəlir əldə edib

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir İ. İsabalayeva/

Ötən il Azərbaycan gəlmə turizmindən 966,3 milyon manat gəlir əldə edib. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev "Turizm ili"nin yekunlarına həsr olunan kollegiya iclasında bildirib.

O deyib ki, bu göstərici 2010-cu illə müqayisədə 26 faiz çoxdur.

2011-ci ildə Azərbaycana 2 239 141 nəfər xarici vətəndaş gəlib. Onların 1 milyon 800 min nəfərdən çoxu turistlərdir.

2010-cu ildə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 499 olduğu halda, 2011-ci ildə bu rəqəm 515 olub. 2011-ci ildə ölkədəki yataq yerlərinin sayı 33 393 olub. Bu da 2010-cu illə müqayisədə 11,8 faiz çoxdur.

Ötən il 30 mehmanxana istifadəyə verilib. Hazırda 45 mehmanxana isə tikilir.

Keçən il 39 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bunun nəticəsində ölkənin dövlət büdcəsinə 214 500 manat vəsait daxil olub.

Hazırda ölkədə 178 turizm şirkəti fəaliyyət göstərir. 2005-ci ildə bu rəqəm 197, 2006-cı ildə 240, 2007-ci ildə 255, 2008-ci ildə 230, 2009-cui ildə isə 218 olub.

Xəbər lenti

Xəbər lenti