...

Azərbaycanda dövlət qulluqçusu statusu yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərə də şamil ediləcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Fevral 2012 15:27 (UTC +04:00)
Azərbaycanda dövlət qulluqçusu statusu yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərə də şamil ediləcək.
Azərbaycanda dövlət qulluqçusu statusu yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərə də şamil ediləcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda dövlət qulluqçusu statusu yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərə də şamil ediləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təkliflərini hökumətə təqdim edib.

"İndi söz Nazirlər Kabinetinindir. Orada təkliflər ekspertizadan keçirildikdən sonra müəyyən qərar veriləcək", - nazir bildirib.

Mərdanov deyib ki, hazırda bu və ya digər dövlət idarələrində dövlət qulluqçuları işləyir. Nazirin fikrincə, müəllimlərə də ona yaxın bir status verilməlidir.

"Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllim nüfuzunu qaldırmaqdan başqa yolumuz yoxdur", - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti